Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı 14 Fevral Beynəlxalq Kitab Bağışlama Gününə həsr edilmiş “Azərbaycan gəncliyinə kitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsinin aşılanması” adlı tədbir keçirilib
“Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Ona görə də bizim bu mərkəzi kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə təmin olunsun”.
Heydər Əliyev
Tədbir 14 fevral 2023-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Kitabxana və elektron resurslar şöbəsinin Oxu zalında keçirilib.
Tədbir Filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III tədris ili tələbəsi Şəbnəm Abdullayevanın moderatorluğu ilə baş tutub.
Əvəllcə ulu öndər Heydər Əliyevin və vətən uğrundan canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Filialın professor və müəllim heyətinin, əməkdaşlarının əsərlərindən, kitablarından, dərslik, proqram və monoqrafiyalarından ibarət sərgi nümayiş etdirilib.Tədbirdə əvvəlcə Kitabxana və elektron resusrlar şöbəsinin müdiri Samirə Hacıyeva giriş sözü ilə çıxış edərək qeyd edib ki, kitab milli-mənəvi və mədəni sərvətimizdir. Kitabı sevmək, onu kitabxanalarda mühafizə edib nəsildən-nəslə ötürmək hamımızın borcudur.
Sevindirici haldır ki, filialımızın kitabxana fondu Filial rəhbərliyinin diqqəti və qayğısı həmçinin təhsilalanların kitaba, kitabxanaya marağı sayəsində bu gün öz sözünü deməyi bacaran şöbələrdəndir. Qeyd edib ki, Filialın direktoru f.e.d. Yusif Alıyev direktor təyin olunan gündən kitabxananın fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə filial kitabxanasına 10 kompüter verilmiş və yüksək internet şəbəkəsiylə təmin etmişdir. Bu səbəbdən də artıq filialın oxucularına dərslik və kitabların həm də PDF-ləri də çatdırılır, oxucular Oxu zalında aktiv internet şəbəkəsindən istifadə etməklə lazımi materialları da əldə edə bilərlər.Bununla bərabər 2019-cu ilin noyabr ayının 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı arasında əməkdaşlıq haqqında Memorandum imzlanmışdır. Bu isə yeni vəsaitlərin əldə edilməsi deməkdir.
Filial kitabxanasının oxucu sayını-506 nəfər təşkil edir, onlardan 61-i professor-müəllim heyəti, digəri isə tələbələrdir. Filialın direktoru f.e.d Yusif Alıyevin təşəbbüsü ilə Kitabxana və elektron resusrlar şöbəsi pandemiya dövründə də oxucuları rahat şəkildə kitabla təmin etməsi məqsədi ilə filialın rəsmi internet saytı olan adpuquba.edu.az saytında “e-kitabxana”- şöbəsi yaradılmış və daim diqqət mərkəzində saxlanılmışdır.Filialın 2019-cu ildə kitab fondu 19437 ədəd, 2022-ci ilin dekabr ayının sonuna qədər olan kitab fondu isə 21793 ədəddir.Bundan əlavə Samirə Hacıyeva qeyd edib ki, f.e.d. Y.Alıyevin səmərəli əməkdaşlıq əlaqələri nəticəsində bu gün həm də AMEA-nın Dilçilik İnstitutu tərəfindən filiala kitab hədiyyə olunub.Bu bizlər üçün olduqca böyük təşəbbüs və dəstəkdir.Əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk.
Unutmayaq ki, kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız elm, ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar. Kitabların ən fərqli tərəfi də odur ki, bağışlandıqca daha dəyərli olar.Bayramımız mübarək.
Daha sonra çıxış edən Filialın Tədris və elmi işlər üzrə direktor müavini t.f d İsmayıl Mahmudov, Ədəbiyyat və dillər kafedrasının baş müəllimləri Rahib Sədullayev, Eyvaz Şeydayev, Təbiət elmləri kafedrasının müəllimi Şıxəmməd Seyidməmmədov, filialın əməkdaşı Nəhayət Şirinova çıxış edib,vurğulayıblar ki, dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Heydər Əliyev kitaba və kitabxanaya da həmişə böyük dəyər vermişdir.
Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.
Daha sonra Filialın Kitabxana və elektron resurslar şöbəsinin təqdimatı əsasında fəal oxucular Filial rəhbərliyi tərəfindən Fəxri fərman təltif edilib, onlara kitab hədiyyə edilib:
Qədiməliyeva Xəyalə – Filialın Humanitar və sosial elmlər fakültəsinin tyutoru
Məmmədova Zəhra Telman qızı-AZD2101B
Avşalimova Venera Mardaxay qızı-Sİ2101B
Süleymanov Sahil Pisoğlan oğlu-CM2101B
Abdullayeva Dənizi Şıxverdi qızı İBT2101B
Məhərrəmova Nəzrin Müşviq qızı AZD 2101B
Qeyd edək ki, tədbirdə həmçinin filial kitabxanasına Rahib Sədullayev, Eyvaz Şeydayev, Şıxəmməd Seyidməmmədov, Nəhayət Şirinova tərəfindən yazılan kitablar hədiyyə edilib.