ADPU-nun Quba filialında əməyin mühafizəsi mövzusunda maarifləndirici təlim keçirilib

25.11.2025
ADPU-nun Quba filialında əməyin mühafizəsi mövzusunda maarifləndirici təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə növbəti təlim Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təşkil olunub.

İki növbədə təşkil olunan təlimə filialın tələbə və müəllim heyətindən ibarət 200-ə yaxın iştirakçı qatılıb.

Görüş zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydalarına riayət etməyin əhəmiyyəti, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlər barədə məlumat verilib.

Eyni zamanda, gənclər arasında əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması, təhlükəsiz əmək mühitinin yaradılması və hüquqi biliklərin artırılması istiqamətində mövzular geniş şəkildə müzakirə olunub.

Tədbirin sonunda iştirakçıların fikirləri dinlənilib, suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?