ADPU-nun Quba filialı yeni tədris ilinə yüksək qəbul göstəriciləri və böyük uğurlarla daxil olur!

10.09.2026
ADPU-nun Quba filialı yeni tədris ilinə yüksək qəbul göstəriciləri və böyük uğurlarla daxil olur!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında cari ilin uğurlu qəbul nəticələrinə və əldə olunan tarixi nailiyyətlərə həsr olunmuş geniş görüş keçirilib.

​Filialın direktoru, professor Yusif Alıyevin rəhbərliyi ilə baş tutan tədbirdə inkişaf dövrü də hərtərəfli təhlil olunub. Qeyd olunub ki, məhz bu illər ərzində həyata keçirilən məqsədyönlü siyasət, təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər və sağlam elmi-pedaqoji mühit filialımızın respublikadakı nüfuzunu zirvəyə qaldırmışdır.Böyük qürurverici haldır ki, cari tədris ilində ADPU-nun Quba filialı üzrə qəbul planı bütün ixtisaslarda 100 faiz dolmuşdur. Eyni zamanda, filialda yeni yaradılan “Aqronomluq” ixtisası üzrə ilk tələbə qəbulunun uğurla həyata keçirilməsi bölgənin kadr hazırlığı və aqrar sahənin inkişafı baxımından mühüm tarixi addım olaraq dəyərləndirilir.

Xüsusilə vurğulanıb ki, hər il qeydə alınan yüksək qəbul nəticələri abituriyentlərin və valideynlərin ADPU-nun Quba filialına olan dərin etimadının, eləcə də burada hökm sürən sağlam akademik mühitin bariz nümunəsidir.

​Görüş zamanı çıxış edənlər son 7 ildə əldə edilən bütün bu möhtəşəm uğurların və yüksək qəbul göstəricilərinin təməlində məhz professor Yusif Alıyevin uzaqgörən rəhbərliyinin, yorulmaz fəaliyyətinin və rəhbərlik etdiyi kollektivin birgə gərgin əməyinin dayandığını xüsusi vurğulayıblar.

​Görüşün sonunda kollektiv adından filialımızın inkişafına verdiyi əvəzsiz töhfələrə və qazanılan qürurverici uğurlara görə professor Yusif Alıyevə xatirə olaraq filialın rəmzi loqosu əks olunmuş xüsusi saat və simvolik kitab hədiyyə olunub.

​İnanırıq ki, professor Yusif Alıyevin rəhbərliyi ilə ADPU-nun Quba filialı bundan sonra da həm yüksək qəbul göstəriciləri, həm də keyfiyyətli kadr hazırlığı ilə hər zaman öndə olmağa davam edəcəkdir!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?