Əziz tələbə,
Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialı Tələbə Gənclər Təşkilatında seçkilərə start verilir. Əgər sən də öz namizədliyini irəli sürmək istəyirsənsə, gecikmə və müraciət et!
Seçki Komissiyasının tərkibi:
– Baş katib – Rəşad Zeynalov
– Ali təhsil müəssisəsinin prorektoru
– ATGTİ İdarə Heyətindən nümayəndə
TGT sədrliyinə namizədlər üçün tələblər:
– ATGTİ-yə üzv olan təhsil müəssisələrindən birində tələbə statusu daşımalıdır;
– Təhsilinin sonuncu ilində olmamalıdır;
– Tələbə Gənclər Təşkilatlarının tərkibində aktiv ictimai fəaliyyət keçmişinə malik olmaq müsahibə mərhələsində üstünlük olaraq qəbul olunacaqdır.
TGT-yə sədrliyə namizədlik üçün lazım olan sənədlərin siyahısı:
– Namizədin platforması (sosial mediada paylaşılacaqdır);
– Namizədin CV-si;
– Tərcümeyi-hal;
– Motivasiya məktubu;
– Namizədliyi irəli sürülən şəxsin şəxsiyyət vəsiqəsinin hər iki üzünün sürəti.
Son müraciət tarixi: 24.04.2024