Gənc pedaqoqlarımız sübut edirlər ki, yüksək nəticələr bir günün deyil, məqsədyönlü təhsilin, davamlı zəhmətin və filalımızda əldə etdikləri dərin bilik bazasının nəticəsidir. Məzunlarımızın MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanlarında göstərdikləri yüksək nəticələr, onların ADPU-nun Quba filialında aldıqları keyfiyyətli pedaqoji təhsilin və formalaşdırdıqları peşəkar dünyagörüşünün bariz nümunəsidir:
Azər Zahirov (Tarix və Coğrafiya müəllimliyi, 2022-ci il məzunu) – Tarix fənni üzrə 92,5 bal.
Ləman Aydəmirova (Xarici dil müəllimliyi, 2026-cı il məzunu) – İngilis dili fənni üzrə 87,5 bal.
Fidan Xasiyeva (Riyaziyyat müəllimliyi, 2025-ci il məzunu) – Riyaziyyat fənni üzrə 73,75 bal.
Əziz məzunlarımız, MİQ imtahanlarında qazandığınız bu uğur sizin əzminizin, həmçinin filialımızda keçdiyiniz təhsil yolunun məntiqi davamıdır. Biz auditoriyalarda sadəcə nəzəri biliklər deyil, həm də gələcəyin müəllimi üçün vacib olan pedaqoji bacarıqları formalaşdırmağa çalışırıq. Sizin bu nəticələriniz, ADPU-nun Quba filialının tədris keyfiyyətinin və müəllim hazırlığı istiqamətindəki uğurlu strategiyasının təsdiqidir.
Sizi bu qələbə münasibətilə ürəkdən təbrik edir, müəllimlik fəaliyyətinizdə yeni-yeni zirvələr fəth etməyinizi arzulayırıq. Sizinlə qürur duyuruq!


