ADPU-nun Quba filialı beynəlxalq elmi-praktik konfransda uğurla təmsil olunub

06.05.2026
ADPU-nun Quba filialı beynəlxalq elmi-praktik konfransda uğurla təmsil olunub

30 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Fərqanə vilayəti Pedaqoji Məharət Mərkəzi tərəfindən təşkil olunmuş “Rəqəmsal transformasiya şəraitində pedaqogikada fasiləsiz peşəkar inkişaf: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.

Sözügedən beynəlxalq tədbir Rusiya, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxil olmaqla bir sıra ölkələrdən alimləri, pedaqoqları və təhsil sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirərək, rəqəmsallaşma şəraitində təhsilin aktual problemlərinin müzakirəsi, innovativ yanaşmaların təqdimatı və qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətli elmi platforma kimi çıxış etmişdir.

Konfrans çərçivəsində ADPU-nun Quba filialının Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin müdiri Dünya Əhədova məruzə ilə çıxış etmişdir. O, çıxışında müasir dövrdə rəqəmsal transformasiyanın təhsil sisteminə təsirindən bəhs edərək vurğulamışdır ki, qlobal çağırışlara uyğunlaşmaq üçün təhsil müəssisələrində innovativ pedaqoji yanaşmaların tətbiqi, rəqəmsal bacarıqların inkişafı və müəllimlərin fasiləsiz peşəkar təkmilləşməsi strateji əhəmiyyət daşıyır.

Eyni zamanda, çıxışda pedaqoji ali təhsil müəssisələrinin, o cümlədən ADPU-nun Quba filialının gələcək müəllim kadrlarının hazırlanmasında oynadığı mühüm rol xüsusi olaraq qeyd edilmişdir. Bildirilmişdir ki, müasir müəllimin peşə kompetensiyaları və rəqəmsal savadlılıq səviyyəsi təhsil sisteminin yeni dövrün tələblərinə effektiv inteqrasiyasını təmin edən əsas amillərdəndir.

Qeyd edək ki, ADPU-nun Quba filialı beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, elmi-pedaqoji inteqrasiyanın gücləndirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini sistemli şəkildə davam etdirir, bu kimi nüfuzlu beynəlxalq platformalarda fəal iştirakını uğurla sürdürür.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?