ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi təlim təşkil edir.

12.05.2026
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi təlim təşkil edir.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi “Elmi Məqalələrin Hazırlanmasında Generatorların Effektiv və Etik Tətbiqi: Mənbə Axtarışı, İstinad Vermə və Akademik Yazı Bacarıqları” mövzusunda təlim təşkil edir.

Təlimin məzmunu:

Təlimdə elmi tədqiqat prosesində generatorlardan effektiv və etik istifadə üsulları təqdim olunacaq və praktik nümunələrlə iştirakçılara izah ediləcək. İştirakçılar elmi mənbələrin düzgün axtarışı və seçilməsi, etibarlı məlumatların filtrasiya edilməsi, eləcə də beynəlxalq standartlara uyğun sitatlandırma qaydaları ilə tanış olacaqlar. Bundan əlavə, akademik yazı bacarıqlarının inkişafı, məqalə strukturunun qurulması, parafraz və anti-plagiat yanaşmaları əhatəli şəkildə izah olunacaq. Təlim həm yeni başlayanlar, həm də tədqiqat təcrübəsini artırmaq istəyənlər üçün faydalıdır.

Təlimçilər:

• Ruslan Rəhimli: Fəlsəfə doktoru, dosent, AMEA Arxeologiya və Antropologiya İnstitutu Antropologiya Mərkəzinin aparıcı elmi işçisi

• Sevinc Ədilova:

• Müddət: 2 gün (onlayn)

Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:

https://docs.google.com/forms/d/1C5FH1Jzb8fL6sB2fmS_mTJw5G7pwKocKRr_aqEbcm60/viewform?edit_requested=true

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?