Yaponiyada 2021-2022-ci tədris ili üzrə təqaüdlü təhsil imkanı

  • 2021-05-04 - 00:00
  • ADPU Quba filialı

Yaponiyanın Azərbaycandakı səfirliyi 2021-2022-ci tədris ili üzrə Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) üzrə sənəd qəbuluna start verib.

Təqaüd proqramı üç istiqamət üzrə təklif olunur və ali təhsilin müxtəlif təhsil səviyyələrini əhatə edir.

Proqrama müraciət üçün son tarix 31 may 2021-ci il nəzərdə tutulub və subbakalavriat, bakalavriat, magistratura, doktorantura və tədqiqat bölmələrini əhatə edir.

Maliyyələşməyə təhsil haqqından azad olunma, aylıq təqaüd, gediş-dönüş aviabileti daxildir.

Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-05-04
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2022-05-04
  • Məkan::ADPU Quba filialı