“XXI əsrdə Yunus Əmrəni anlamaq” mövzusunda beynəlxalq simpozium keçiriləcək

  • 2021-06-14 - 00:00
  • ADPU Quba filialı

Yunus Əmrənin vəfatının 700-cü ildönümü münasibətilə, 2021-ci il UNESCO tərəfindən “Yunus Əmrə İli” elan edilmişdir. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu  Mehmet Akif Ərsoy Vəqfi ilə birgə 16 iyul, 2021-ci il tarixində “XXI əsrdə Yunus Əmrəni anlamaq” mövzusunda beynəlxalq simpozium təşkil edir.

Beynəlxalq Simpoziumun aşağıdakı mövzuları əhatə edir:

Mövzular:

Yaşadığı dövrdən günümüzə Yunus Əmrə təsiri

Dünya ədəbiyyatında Yunus Əmrə

Yunus Əmrənin Türk ədəbiyyatında yeri və önəmi

-Türk yazı dilinin formalaşamsında Yunus Əmrənin rolu

-Türk mədəniyyəti və Yunus Əmrə

-Yunus Əmrə və təsəvvüf ədəbiyyatı

-Yunus Əmrə və dil (dilçilik)

-Yunus Əmrə və musiqi.

Xülasə göndərmək üçün son tarix 26 iyun, tam mətnin göndərilməsi üçün son tarix isə 15 avqust 2021-ci il nəzərdə tutulub.

Qəbul edilən xülasələrin 30 iyunda elan ediləcək. Xülasələrin qiymətləndirilməsi aşaıdakı kimi aparılır:

Məqalə alındıqda dərhal elmi heyətə göndərilir. Məqalə aparılmış qiymətləndirmələr nəticəsində qəbul olunarsa, təxirə salmadan qəbul məktubu müraciətçinin  elektron poçtuna göndərilir. Tam mətnlər kitab şəklində və ya AMEA Şərqşünaslıq İnstitutunun nəzdində olan elmi heyətli və AAK-ın siyahısında olan jurnalda dərc olunur.

Qeyd edək ki, beynəlxalq simpoziumda iştirak ödənişsizdir. Daha ətraflı keçid vasitəsilə tanış ola bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-06-14
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-07-16
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı