“Ümumdünya soyqırım tədqiqatları” konfransına məqalələr qəbul olunur

  • 2021-04-19 - 00:00
  • ADPU Quba

26-27 İyun, 2021-ci il tarixlərində Bakı Avrasiya Universiteti və İKSAD Qlobal-ın təşkilatçılığı ilə Ümumdünya Soyqırım Tədqiqatları konqresi keçiriləcək. Türkiyədə, Ankarada baş tutacaq konfrans müharibə, insan haqları, soyqırım aktları mövzularına həsr olunacaq və tarixi ədalətlərin üzə çıxarılması baxımından mühüm rol oynayacaq. “Şərqdən Qərbə, keçmişdən bugünə” sloqanı ilə fəaliyyət göstərən konqrensə məruzələrin göndərilməsi üçün son tarix 1 İyun, 2021-ci il nəzərdə tutulub.  Elmi işlərin tam mətnləri isə 20 iyun tarixinə qədər göndərilə bilər.

Konfransa aşağıdakı mövzular üzrə araşdrmalar qəbul olunur:

-Soyqırım haqqında akademik tədqiqatlar;

-Beynəlxalq insan hüquqları – beynəlxalq cinayət hüququ perspektivləri;

-Sosial psixologiya;

-Tarix;

-Siyasi elmlər;

-Nifrət dili və propoqanda;

-Müəyyən bir qrupa qarşı şiddət;

-Qanuni çərçivələrin yaradılması;

-Soyqırımın qarşısının alınması yolları;

-Vətəndaş cəmiyyətinin rolu;

– Qlobal informasiya cəmiyyəti;

-Təhsil proqramları;

-Təhsil vasitələrinin inkişafı;

-Milli və institusional cavablar;

-Kütləvi vəhşilik cinayətlərinin, xüsusən soyqırımların qarşısının alınması üçün vasitələrin hazırlanması;

-Birləşmiş Millətlər Təşkilatı sistemi;

-Sənət, ədəbiyyat, film.

Konfransın işçi dilləri türkcə, ingiliscə, fransızca, rusca və ərəbcədir.

Konfransda iştirak üçün ödəniş şərtləri bölgələrə uyğun olaraq müəyyənləşdirilib. Ödəniş şərtləri və məqalələrə qoyulan tələblər barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, Türkiyəyə və Türk tarixinə qarşı yalan iddiaları əhatə edən elmi işlər nəzərə alınmayacaq.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-19
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-05-11
  • Məkan::ADPU Quba