Türkiyənin elmi jurnalında təmsil olunmaq imkanı – Tezis qəbuluna başlandı

  • 2021-04-20 - 00:00
  • ADPU Quba filialı

İqtisad İnkişaf və Sosila Araşdırmalar İnstitutu (İKSAD) 28-29 İyun, 2021-ci il tarixlərində “Beynəlxalq sosial və bəşəri elmlər” konqrensi keçirəcək. Türkiyənin İzmir əyalətində təşkil olunacaq konfrans gedişində iştrakçılar həm də 6 ildir, çap edilən dərgidə məqalələrini ödənişsiz yayımlamaq imkanı qazanacaqlar.

Konfransda iştirak üçün iki – ənənəvi və onlayn forma təklif edilir. Məqalələr türkcə və ya ingiliscə yazılmalı, 15 İyun, 2021-ci il tarixindən gec olmayaraq göndərilməlidir.

Konfransda iştirak üçün ödənişin məbləği 285 Türk Lirəsi nəzərdə tutulub.

Konfrasda iştirak üçün nəzərdə tutulan digər tələblərlə isə link vasitəsilə tanış ola bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-20
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-10-24
  • Məkan::ADPU Quba filialı