Tanınmış yazıçı Ahmet Şerif İzgörenlə davamlı inkişaf və öyrənmə mövzusunda görüş keçiriləcək

  • 12 Haziran 2021 - 00:00
  • ADPU Quba filialı

16 iyun saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı Türkiyənin ən tanınmış yazıçılarından biri, İzgören Akademiyasının qurucusu Ahmet Şerif İzgören olacaq. Ahmet Şerif İzgören ilə davamlı inkişaf və öyrənmə barəsində danışılacaq.

Ahmet Şerif İzgörən ABŞ, İngiltərə, Danimarka, Avstraliya, Almaniya, Fransa, Azərbaycan və digər ölkələr olmaq üzrə 4000-dən çox təlim və seminar təşkil edib, 30-dan çox kitabın müəllifidir. Hazırda İzgören Akademiyası, “Elma” nəşriyyatı olmaq üzrə bir sıra brendləri idarə edir.

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

EVENT INFO :

  • Start Date:12 Haziran 2021
  • Start Time:00:00
  • End Date:16 Haziran 2021
  • Location:ADPU Quba filialı