Tacikistanda təhsil üzrə təqaüd proqramı elan olundu

  • 21 Mayıs 2021 - 00:00
  • ADPU Quba filialı

Tacikistanın Təhsil və Elm Nazirliyi ilə Azərbaycanın Təhsil Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış protokola uyğun olaraq, 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edilib. Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus və ingiliscədir.

Təqaüd proqramına müraciət üçün son tarix 31 may 2021-ci il nəzərdə tutulub.

Proqram çərçivəsində maliyyələşməyə təhsil haqqı, dərs vəsaitləri və kitabxanadan istifadə, yaşayış xərci (yataqxana), ilkin tibbi yardım, təqaüd, nəqliyyat xərci daxildir.

Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

EVENT INFO :

  • Start Date:21 Mayıs 2021
  • Start Time:00:00
  • End Date:03 Aralık 2022
  • Location:ADPU Quba filialı