Tələbələrin nəzərinə – ADPU-nun Quba filialında Fənn olimpiadası keçiriləcək

  • 17 Kasım 2022 - 00:00
  • ADPU Quba filialı

ADPU-nun Quba filialında İrəvan Müəllimlər Seminariyasının 140-illik yubileyinə həsr edilmiş Fənn olimpiadalarının keçirilməsi haqqında əmr imzalanıb.​
“Azərbaycan Respublkasında 2022-ci ilin “İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyi”nin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli, 3094 nömrəli Sərəncamı, Azərbaycan Respublikası elm və təhsil nazirinin F/43 nömrəli, 31 yanvar 2022-ci il tarixli əmri, Filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini A.B.Şeydayevanın 24.10.2022-ci il tarixli təqdimatı və ADPU-nun Quba filialının Elmi Şurasının 15.09.2022-ci il tarixli iclasının qərarını(Protokol №1) nəzərə alaraq əmr verilib, əmrə müvafiq kafedra və strukturlara tapşırıqlar verilib, olimpiadanın təşkili və keçirilməsi riyaziyyat,​ Azərbaycan dili, tarix, coğrafiya, psixologiya, xarici dili fənləri üzrə olimpiadaların I mərhələsi 1-2 dekabr, II yekun mərhələsi isə 8-9 dekabr 2022-ci il tarixlərində nəzərdə tutulub.

EVENT INFO :

  • Start Date:17 Kasım 2022
  • Start Time:00:00
  • End Date:31 Aralık 2022
  • End Time:00:00
  • Location:ADPU Quba filialı