Tələbələrin nəzərinə

  • 25 Ocak 2023 - 00:00
  • ADPU Quba filiaı

Quba rayon Gənclər və İdman İdarəsi “Qalib xalqın gəncləri” mövzusunda inşa müsabiqəsi elan edir.

Müsabiqədə iştirak
1) 14-29 yaş arasında gənclər iştirak edə bilər.

Müsabiqənin keçirilməsi şərtləri
1) İnşa original olmalı, şəxsən hazırlanmalıdır.
2) İştirakçılar inşaları A4 formatında olmaqla minumum 2 səhifə olmaqla hazırlamalıdır.
3) İnşalar iştirakçılar tərəfindən word sənədi formatında hazırlanmalı, arial 12 şriftindən istifadə olunmalıdır.
4) İnşanın sonunda iştirakçı adını, soyadını, doğum tarixini, təhsil aldığı müəssisənın adını (yoxdursa məşğuliyyətini qeyd edə bilər), əlaqə nömrəsini qeyd etməlidir.

Müsabiqənin keçirilmə yeri və vaxtı
1) İştirakçılar tərtib etdikləri inşaları elektron qaydada Quba rayon Gənclər və İdman İdarəsinin email ünvanına göndərməlidir.
2) Müsabiqə iştirakçıları hazırladıqları inşaları 01.02.2023-cü il tarixinə qədər qeyd olunan email ünvanına göndərməlidir.

Qaliblərin qiymətləndirilməsi və mükafatlandırma
1) Qaliblər 02.02.2023-cü il tarixində Quba rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və qiymətli hədiyyələr ilə təltif ediləcəkdir.

Qeyd: Quba rayon Gənclər və İdman İdarəsinin email ünvanı – qubagenclerveidman@gmail.com

EVENT INFO :

  • Start Date:25 Ocak 2023
  • Start Time:00:00
  • End Date:01 Mart 2023
  • End Time:00:00
  • Location:ADPU Quba filiaı