Tələbələrin nəzərinə -“Ədəbiyyat dastanının Ramazan Qafarlı boyu” adlı elmi-praktik konfrans keçiriləcək

  • 2021-06-18 - 00:00
  • ADPU Quba filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında folklorşünas, qorqudşünas, filologiya üzrə elmlər doktoru, professor Ramazan Oruc oğlu Qafarlının 70 illik yubileyinə həsr edilən “Ədəbiyyat dastanının Ramazan Qafarlı boyu” adlı elmi praktik konfrans keçiriləcək.

18 İyun, saat 14:00-da filialın akt zalında baş tutacaq konfransda filialın professor-müəllim heyəti uyğun istiqamətlər üzrə elmi məruzələrlə çıxış edəcəklər. Tədbirdə Ramazan Qafarlının fəaliyyətinə həsr olunan videoçarxların yayımlanması, onun elmi yaradıcılığının ədəbiyyata verdiyi töhvələrə həsr olunn araşdırmaların səsləndirilməsi nəzərdə tutulub.

ADPU Quba filialının tələbə və müəllim kollektivi konfransa dəvətlidir.

Elan haqqında :

  • Başlama tarixi::2021-06-18
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-10-28
  • Məkan::ADPU Quba filialı