Tədqiqatçıların nəzərinə: Nizami Gəncəvinin 880 illiyi ilə əlaqadar Türkiyədə Azərbaycan Kültür Günləri təşkil olunacaq

  • 2021-04-28 - 00:00
  • Adpu Quba filialı

Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 15-19 İyul tarixlərində Azərbaycan Kültür Günləri təşkil olunacaq. Konfransa dəstək verəcək dövlət təşkilatları və ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Pedaqoji Universiteti də yer alır.

Türkiyə Cümhuriyyəti, Bursada baş tutacaq kültür günləri çərçivəsində böyük Azərbaycan şairi Nizami Gəncəvinin sosial və təhsil elmləri beynəlxalq konqresi keçiriləcək. Konqres kütləvi informasiya vasitələri sayəsində xeyli auditoriyaya yayımlanacaq.

Konqresin təşkili həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi ilə əlaqədardır. Kültür günlərinin həyata keçirilməsində məqsəd Azərbaycan mədəni irsi, tarixi və kökünü dünyaya tanıtmaqdır.

Konqresdə Bursa bələdiyyə başçısı, müavinlər, Vətəndaş Cəmiyyəti Təşkilat nümayəndələri, ictimai xadimlər və digərləri qatılaraq, Azərbaycanın mədəni irsi ilə tanış olacaqlar.

5 gün davam edəcək Konqresin proqramı və digər məlumatlarla daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Azərbaycan Kültür Günləri pdf

Elan haqqında :

  • Başlama tarixi::2021-04-28
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-05-11
  • Məkan::Adpu Quba filialı