Tədqiqatçıların nəzərinə: Beynəlxalq simpoziumda ödənişsiz iştirak imkanı

  • 2021-04-28 - 00:00
  • Adpu Quba filialı

2-5 İyun, 2021-ci il tarixlərində Türkiyənin Niğde əyalətində VIII beynəlxalq türk dünyası araşdırmaları simpoziumu keçiriləcək.

Niğde Ömər Halisdəmir Universiteti, Qazax Qızlar Pedaqoji Milli Universiteti, Bakı Avrasiya Universitetinin təşkiatçılığı ilə baş tutacaq konfrans Covid-19 pandemiyasına görə, Zoom platforması üzərindən reallaşacaq. Simpoziumda iştirak üçün ödəniş tələb olunmayacaq. Məruzələr 3 May, 2021-ci il tarixinə qədər göndərilməlidir.

Konfransın mövzuları aşağıdakılardır:

Əsas mövzu

-“Ortaq tarix yazma”

DİL/ƏDƏBİYYAT/TARİX
– Türk Ləhcələri və Ədəbiyyatları- Müqayisəli Araşdırmalar
– Türk və Dünya Ədəbiyyatlarının Əlaqəsi və Qarşılıqlı Təsiri
– Avrasiya Dövlətləri və Topluluqlarının Tarixi
– Avrasiyanın Tarixi Dəyərləri-Arxeologiya

 TƏHSİL/MƏDƏNİYYƏT/İNCƏSƏNƏT/KOMMUNİKASİYA
– Region Təhsilində İnnovativ Yanaşmalar və Üsullar
– Avrasiyada Mədəniyyətlərarası Dialoq
– Türk Topluluqlarında Folklor
– Türk Dünyasında Musiqi, İncəsənət və Sənət Tarixi
– Türk Dünyasında və Müasir Cəmiyyətlərdə Media və Kommunikasiya

 REGİONAL PROBLEMLƏR/BEYNƏLXALQ ƏLAQƏLƏR
– Avrasiyada Regional Problemlər və Həll Yolları
– Region Dövlətləri və Xalqlarının Siyasi Əlaqələri
– Türk Dünyası və Beynəlxalq Siyasət
– Avrasiyada Enerji

SAHİBKARLIQ/İQTİSADİYYAT
– Türk Dünyasında İqtisadi Problemlər
– Avrasiyada İqtisadi Əlaqələr, Əməkdaşlıq Və İnteqrasiya
– Türkiyə Respublikasında Pul və Maliyyə Siyasətləri
– Türk Dünyasında İqtisadiyyat Tarixi
– Türk Respublikalarında Sahibkarlıq və İdarəetmə Anlayışı
– Türk Respublikalarında Kiçik və Orta Sahibkarlıq

DİGƏR
– Türk Dünyasında Din, Fəlsəfə və Hüquq
– Türk Dünyasında Sosioloji Problemlər və Həll Yolları
– Türk Dünyasının Coğrafiyası
– Bölgə Turizmi və Tətbiqi
– Türk Dünyasında Qadın Araşdırmaları

Konfrans barədə daha ətraflı məlumat və qeydiyyat qaydaları üçün linkə daxil ola bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-28
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-05-11
  • Məkan::Adpu Quba filialı