“Sustainable Technology and Development” beynəlxalq konfransı keçiriləcək

  • 2021-07-07 - 00:00
  • ADPU Quba filialı

Elsevier,  Shenzhen Institute for Sustainable Development və Southern University of Science and Technology təşkilatlarının qarşılıqlı əməkdaşlığı ilə 31 oktyabr-3 noyabr 2021-ci il tarixlərində  Çin Xalq Respublikasının Şençjen şəhərində Sustainable Technology and Development beynəlxalq konfransı keçiriləcək.

Konfransın keçirilməsində əsas məqsəd tədqiqatçı və səhmdarlar arasında işgüzar əlaqələrin yaradılması, davamlı inkişaf və texnologiyalar sahəsində inkişaf hədəflərinə nail olmaqdır. Plenar bölmədə ətraf mühit, texnologiya, həyat və cəmiyyətdə davamlı inkişaf mövzularına yer veriləcək.

Konfransın əsas spikeri ABŞ Baylor Universitetinin professoru Bryan W.Brooksdur.

Konfransın əsas mövzuları:

-Kimya və kimya elmləri;

-Ətraf mühit elminin davamlı inkişafı;

-Ekoloji kimya və tulantıların yenidən email;

-Davamlı enerji və ətraf mühitin bərpası üçün nanomateriallar;

-Davamı inkişafda süni intellect;

-Davamlı infrastruktur;

-Logistika, təchizat zənciri və nəqliyyat sistemləri;

-Ətraf mühit mühəndisliyi;

-Qida təhlükəsizliyi və qida tullantılarının idarə edilməsi;

-Davamlı təhsil və s.

Konfrans təşkilat komitəsinin tələblərinə uyğun tərtib olunmuş məqalə Oxford xülasə qəbulu sistemi vasitəsi ilə təqdim edilməlidir

Konfransın qeydiyyat sistemindən keçərək konfransı dəstəkləyən nüfuzlu bazalarda indeksləşən jurnallarda məqalələrinizi nəşr etdirə bilərsiniz.

Konfransı dəstəkləyən elmi jurnallar

-Journal of Cleaner Production-Q1;

-Cities- Q1;

-Journal of Cleaner Production-Q1;

-Science of the Total Environment-Q1;

-Environment international-Q1;

-Environmental Development-Q1;

-Environmental Research-Q1.

Konfransı dəstəkləyən jurnallar – təşkilat komitəsi konfransa təqdim olunan məqalələrdən müsbət rəy alan müəlliflərin elmi məruzələrini bu jurnallara istiqamətləndirərək burada nəşr olunması imkanını yaradır.

Əlavə məlumat almaq üçün linkə keçid edə bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-07-07
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-10-31
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı