“Süni intellekt və kiber təhlükəsizlik” adlı tədqiqat seminarında iştirak imkanı

  • 2021-04-28 - 00:00
  • Adpu Quba filialı

14 may 2021-ci il tarixində saat 16:00-da Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş növbəti virtual tədqiqat seminarı keçiriləcək. Seminar Qazi Universiteti, Kompüter Mühəndisliyi departamentinin əməkdaşı Dr. Adem Tekerekin təqdimatında “Süni intellekt və kiber təhlükəsizlik” mövzusunda olacaq.

Seminar MS Teams proqramında və türk dilində keçiriləcək. İştirak etmək istəyənlər qeydiyyatdan keçmək və əlavə məlumat üçün Ülkər Bayramova (ubayramova@khazar.org) ilə əlaqə saxlaya bilərlər.

Tədbirə MS teams proqramında və aşağıdakı link vasitəsilə qoşulmaq olar:

Microsoft Teams meeting
Join on your computer or mobile app
Click here to join the meeting

Qeyd edək ki, Dr. Adem Tekerek, Qazi Universiteti, Texnologiya Fakültəsi Kompüter Mühəndisliyi Bölməsində dosentdir. 2007-ci ildə Texniki Təhsil Fakültəsi Kompüter Sistemləri Təhsili Bölməsini və 2010-cu ildə İnformatika İnstitutunun magistr proqramını bitirib. Magistr tezisi İnstitusional Məzmun İdarəetmə Sistemləri haqqındadır. Dr. Tekerek, 2016-cı ildə İnformatika İnstitutunda doktorluq dərəcəsini alıb. Kompüter elmləri üzrə 28 məqaləsi çap edilib. Tədqiqat sahəsi süni zəka, maşın öyrənmə, dərin öyrənmə, məlumat mədənçiliyi və bunların xüsusən də informasiya təhlükəsizliyi tətbiqetmələridir.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-28
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-08-04
  • Məkan::Adpu Quba filialı