“Süni intellekt və kiber təhlükəsizlik” adlı tədqiqat seminarı keçiriləcək

  • 2021-05-20 - 00:00
  • ADPU Quba filialı

21 may 2021-ci il, saat 16:00 tarixində Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş növbəti virtual tədqiqat seminarı keçiriləcək. Seminar Qazi Universiteti, Kompüter Mühəndisliyi departamentinin əməkdaşı Dr. Adem Tekerekin təqdimatında “Süni intellekt və kiber təhlükəsizlik” mövzusunda olacaq.

Seminar MS Teams proqramında və türk dilində baş tutacaq. İştirak etmək istəyənlər qeydiyyatdan keçmək və əlavə məlumat almaq üçün Ülkər Bayramova (ubayramova@khazar.org) ilə əlaqə saxlaya bilərlər.

Tədbirə link vasitəsilə qoşulmaq olar.

Daha ətraflı məlumat üçün keçidə daxil olmaq kifayətdir.

Elan haqqında :

  • Başlama tarixi::2021-05-20
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-06-15
  • Məkan::ADPU Quba filialı