Sumqayıt Dövlət Unveristetində “İnformasiya cəmiyyətində iqtisadiyyatın davamlı inkişaf problemləri” adlı beynəlxalq elmi konfrans keçirilir.

  • 2021-11-11 - 00:00
  • ADPU Quba filialı

16-17 dekabr 2021-ci il tarixlərində Sumqayıt Dövlət Universiteti və Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə  “İnformasiya cəmiyyətində iqtisadiyyatın davamlı inkişaf problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Konfrans aşağıdakı bölmələr üzrə keçirilməsi nəzərdə tutulur.

  1. İnformasiya cəmiyyəti: yeni çağırışlar və hədəflər
  2. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi
  3. İnformasiya biznesinin aktual problemləri
  4. Mühasibat uçotu idarəetmənin informasiya bazası kimi
  5. Covid-19 postpandemiya dövründə rəqəmsal texnologiyaların inkişaf meylləri
  6. Elektron ticarətin sosial-iqtisadi aspektləri
  7. Sahibkarlıq və çevik təşkilatlar
  8. Qlobal risklər və təhdidlər: iqlim dəyişikliyi, miqrasiya

Konfransın işçi dilləri: azərbaycan, türk, rus, ingilis.

Konfransın formatı: əyani və ya onlayn – əlavə olaraq məlumat veriləcəkdir.

Konfrans materiallarının tərtibinə qoyulan tələblər:

Kağızın ölçüsü  – A4

Boş sahə – hər tərəfdən 2 sm

Şrift – Times New Roman

Düstur – 12 pt

Şrift ölçüsü – 12 pt

Sətirarası interval – 1,15 sm

Abzas – 1,25 sm

Məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə

Müəllifin adı, soyadı, atasının adı  – ortadan, qaiın şriflə

İş yeri, şəhər, ölkə  – ortadan, kursivlə

E-poçt ünvanı – ortadan, kursivlə

Açar sözlər (5-7 söz) – azərbaycan, ingilis və rus dillərində

Xülasə (60-80 söz) – məqalənin yazıldığı diidən başqa iki dildə

Həcmi – 5 səhifəyə qədər

Ədəbiyyata istinadlar – kvadrat mötərizədə

Ədəbiyyat siyahısı – əlifba sırası ilə

Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlaqiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda çap olunaraq, https://www.ssu-conferenceproceedinqs.edu.azhttps://www.sdu.edu.az  saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir (Beynəlxalq seriya nömrələri İSSN 2708-955X print, İSSN 2709-6033 on-line).

Materiallär 01 dekabr 2021 ci il tarixinədək sduiqtisadiyyat@gmail.com elektron poçtuna və ya əyani olaraq elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur: AZ5008, Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), İqtisadiyyat və idarəetmə fakültəsi, Biznesin təşkili və menecment kafedrası (otaq 403).

Bir müəllifdən yalnız bir məruzənin tezisi qəbul olunur.  Təşkilat komitəsi tezislərin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır. Qəbul olunmayan tezislər geri qaytarılmır.

Əlaqələndirici şəxs – dos. Qalib Hüseynov

Əlaqə telefonları: (+99418) 64215 06 (1-09), (+99450) 752 22 91

Təşkilat komitəsi

Elan haqqında :

  • Başlama tarixi::2021-11-11
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-12-31
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı