Sloveniyada təqaüdlü doktorantura təhsili üçün qeydiyyat başlandı

  • 2021-04-29 - 00:00
  • ADPU Quba filialı

Sloveniya Respublikası Azərbaycan vətəndaşları üçün karstologiya sahəsində (geologiya elmləri) doktorantura səviyyəsi üzrə təhsil üçün təqaüd proqramı elan edir.

Proqram çərçivəsində tədris ingilis dilində aparılır və təhsilalan təhsil haqqından azad olunmaqla yanaşı, yaşayış xərcləri, sağlamlıq sığortası, yerləşmə və qida xərcləri qarşılanır, aylıq 700 avro təqaüdlə təmin olunur.

Təqaüd proqramına müraciət, seçim meyarları, tələb olunan sənədlər və müraciət üçün son tarix barədə ətraflı məlumatı keçiddən əldə etmək mümkündür.

Təqaüd proqramı barədə daha ətraflı isə link vasitəsilə tanış ola bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-29
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-05-11
  • Məkan::ADPU Quba filialı