Slovakiyada növbəti tədris ili üçün təqaüdlü təhsil imkanı elan olundu

  • 2021-04-21 - 00:00
  • ADPU Quba filialı

Slovakiya Respublikası 2021-2022-ci il tədris ili üçün təqaüdlü təhsil imkanları elan edir. Təqaüd proqramı Slovakiya universitetlərində bakalavriat və magistratura təhsil səviyyələri üzrə təqaüdlü təhsil almaq şansı yaradır.

Təqaüd proqramına qeydiyyat üçün son müraciət tarixi 30 may 2021-ci il nəzərdə tutulub. Proqram gedişində təhsilalan təhsilhaqqı və 280 euro təqaüdlə təmin olunur. Tədris slovak dilində aparılır, ehtiyac olduqda isə 10 aylıq dil kursunda təhsil tələb olunur.

Təqaüd proqramı üçün tələb olunan sənədlər və digər məlumatlar barədə ətraflı elan vasitəsilə tanış ola bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-21
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-08-01
  • Məkan::ADPU Quba filialı