Şamaxı Astrofizika Rəsədxanasında Lütfi Zadənin 100 illik yubileyinə həsr edilən minikonfrans keçiriləcək

  • 2021-06-10 - 00:00
  • ADPU Quba filialı

Avqustun 4-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 100 illik yubileyinə həsr edilən minikonfrans keçiriləcək.

Konfransda ŞAR-ın gənc əməkdaşları Lütfi Zadənin həyat və yaradıcılığı ilə tanış olacaq, öz apardıqları elmi araşdırmalar barədə məruzələr edəcəklər. Toplantıda gənclərlə yanaşı, təcrübəli əməkdaşların da iştirakı gözlənilir.

Qeyd edək ki, minikonfrans “Zoom” platforması üzərindən keçiriləcək. Tədbirin proqramı iştirakçıların sayından asılı olaraq tərtib ediləcək. Bu barədə əlavə məlumat veriləcək.

Hazırda minikonfransda iştirak etmək istəyənlərdən xahiş olunur ki, əvvəlcə qeydiyyatdan keçsinlər və sonra öz çıxışlarının tezislərini hazırlayıb ismailovnshao@gmail.com ünvanına göndərsinlər. Qeydiyyatdan keçmək üçün sərbəst şəkildə göstərilən elektron ünvana özü haqqında məlumat verməsi və iştirak edəcəyini bildirməsi kifayətdir. İştirak üçün üzvlük haqqı tələb olunmur. Tezisləri avqustun 1-dək göndərmək olar. Tezislərin tərtibi haqqında ətraflı məlumatı Şamaxı Astrofizika Rəsədxanasının saytından əldə etmək olar.

Elan haqqında :

  • Başlama tarixi::2021-06-10
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-08-04
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı