Şərqşünaslıq İnstitutu beynəlxalq Yunus Əmrə simpoziumu keçirəcək

  • 23 Haziran 2021 - 00:00
  • ADPU Quba filialı

Görkəmli türk şairi Yunus Əmrənin vəfatının 700-cü ildönümü münasibətilə 2021-ci il UNESCO tərəfindən “Yunus Əmrə İli” elan edilib. Bu münasibətlə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Mehmet Akif Ərsoy Vəqfi ilə birgə iyulun 16-da Beynəlxalq Yunus Əmrə Simpoziumu keçirəcək.

Beynəlxalq simpoziuma məruzələrin tezisləri “Yaşadığı dövrdən günümüzə Yunus Əmrə təsiri”, “Dünya ədəbiyyatında Yunus Əmrə”, “Yunus Əmrənin türk ədəbiyyatında yeri və önəmi”, “Türk yazı dilinin formalaşmasında Yunus Əmrənin rolu”, “Türk mədəniyyəti və Yunus Əmrə”, “Yunus Əmrə və təsəvvüf ədəbiyyatı”, “Yunus Əmrə və dil (dilçilik)”, “Yunus Əmrə və musiqi” mövzuları üzrə qəbul edilir.

Simpoziuma  məruzələrin tezisləri iyunun 26-dək qəbul edilir. İyunun 30-da qəbul edilən xülasələr elan ediləcək. Məruzələrin tam mətni isə çap olunmaq üçün avqustun 15-nə kimi sempozyumyunusemre@gmail.com ünvanına göndərilməlidir.

Simpoziuma məruzələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul edilir. Məruzələrin qəbulu ilə bağlı qaydalar Şərqşünaslıq İnstitutunun orientalstudies.az ünvanında dərc edilib.

EVENT INFO :

  • Start Date:23 Haziran 2021
  • Start Time:00:00
  • End Date:16 Temmuz 2021
  • End Time:00:00
  • Location:ADPU Quba filialı