“Səriştəli metodist” layihəsinə qəbul elan edilib

  • 2021-07-15 - 00:00
  • ADPU Quba filialı

Azərbaycan Respublikasının Təhsil İnstitutu “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə start verir. Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək:

– Ali təhsil

– Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır)

– Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalqtəcrübəni araşdırma, öyrənmə bacarığı

– “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı

– Təşkilatçılıq bacarığı

– Komanda ilə işləmək bacarığı

– Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı

– Yaş həddi: 27-45 yaş arası

Layihə çərçivəsində iş qrafiki xidməti müqavilə əsasında xüsusi tərtib olunacaq.

Sözügedən layihədə iştirak edərək yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak, həmçinin özünüinkişaf və karyerada yüksəliş imkanı əldə edə bilərsiniz.

Müraciət etmək üçün son tarix 31 iyul 2021-ci ildir.

Namizədlər öz CV-lərini mdm@arti.edu.az e-poçt ünvanına göndərə bilərlər. CV formasını buradan yükləyə bilərsiniz.

Bundan əlavə, müraciət edərkən formanı doldurmağınız tələb olunur.

Elan haqqında :

  • Başlama tarixi::2021-07-15
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-07-31
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı