Qarabağ Modern Araşdırmalar Konqrensinə tezislər qəbul olunur

  • 2021-05-16 - 00:00
  • ADPU Quba filialı

17-19 İyun, 2021-ci il tarixlərində Beynəlxalq sosial və bəşəri elmlər üzrə Qarabağ Modern Araşdırmalar Konqrensi keçiriləcək.

Konfrans Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Folklor İnstitutu, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Qafqazşünaslıq İnstitutu, AMEA Nəsimi adına Diçilik İnstitutu, Azərbaycan Dövlət Pedaqoq Universiteti, AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən təşkil olunacaq.

Konfransa qısa tezislərin göndərilməsi üçün son tarix 4 İyun, tam mətnlərin göndərilməsi üçün isə 20 İyun, 2021-ci il nəzərdə tutulub. Son qeydiyyat tarixi 5 İyundur.

Azərbaycanlı iştirakçılar üçün konfransda iştirak ödənişinin məbləği 40 AZN-dir.

Konfrans arxeologiya, arxiv. antropologiya, mətbuat işləri, elm fəlsəfəsi və metodologiyası. ətraf mühitlə bağlı problemlər, dilçilik, etik və əxlaqi dəyərlər, təhsil elmləri, ədəbiyyat, iqtisadiyyat, fəlsəfə, folklor tədqiqatı, qastronomiya, incəsənət, ictimaiyyətlə əlaqələr, hüquq, ilahiyyat, İslam tarixi və digər elm istiqamətərini əhatə edir.

Qarabağla əlaqəli bütün elm sahələrinə açıq olan konfrans barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-05-16
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2022-05-16
  • Məkan::ADPU Quba filialı