“Psixoloji araşdırmalar: nailiyyətlər, vəzifələr” mövzusunda vebinar keçiriləcək

  • 2021-05-24 - 00:00
  • ADPU Quba filialı

Təhsil İnstitutu mayın 27-si saat 19:00-da təşkil edəcək.

Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər.

Vebinarda spiker qismində Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru, dosent Elxan Bəylərov çıxış edəcək.

Elxan Bəylərov 2014-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə, pedaqogika və psixologiya üzrə ekspert şurasının üzvüdür. O, Azərbaycanın təhsil sahəsindəki islahatlarda kurikulumların, o cümlədən məzmun və qiymətləndirmə standartlarının hazırlanmasında iştirak edib, həmçinin Təhsil Nazirliyinin və Niderlandın “Cito” qrupunun milli məsləhətçisi olub. 100-dən çox elmi-metodik və pedaqoji əsərin, 25-dən artıq proqram, dərslik, kitab və kitabçanın, o cümlədən Azərbaycanda ilk məntiqi test toplusu olan “Bir sual 880 cavab və ya min bir sirrin xəzinəsi (2002)” vəsaitinin müəllifidir.

Elan haqqında :

  • Başlama tarixi::2021-05-24
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-09-29
  • Məkan::ADPU Quba filialı