Psixologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

  • 2021-06-09 - 00:00
  • ADPU Quba filialı

Qərbi Kaspi Universitetində 19-20 iyun 2021-ci il tarixində “Psixologiyanın aktual problemləri: yeni perspektivlər, yeni mülahizələr və yeni düşüncələr” adlı beynəlxalq konfrans keçiriləcək.

Konfransda psixologiyanın aktual elmi istiqamətlərindən olan irsi xəstəliklərdə psixoloji simptomlar, yeni psixofizioloji eksperimental nəticələr, müasir neyropsixoloji problemlər, psixologiya sahəsində alınan nəticələr və elmi nəaliyyətlər, psixologiya elminin hüquqi cəhətdən təmin olunması, psixologiya elminin bəşəriyyətə təsiri və cəmiyyətin inkişafında rolu, psixologiya və digər elm sahələrinin qarşılıqlı əlaqələri və s. mövzuların alimlər tərəfindən müzakirə edilməsi gözlərnilir. Beynəlxalq Konfransın (onlayn) əsas məqsədi elmi nailliyyətlərin mübadiləsi, gələcək elmi tədqiqatların təkmilləşdiriliməsi üçün yeni elmi əlaqələrin yaradılmasıdır. Gənc tədqiqatçıların elmi biliklərinin təkmilləşdirilməsi və  təcrübə toplaması üçün imkan yaradılacaq.

Konfransda aşağıda qeyd olunan mövzularda aparılan tədqiqatlara aid mühazirələrin dinlənilməsi planlaşdırılır:

-Ümumi psixologiyanın müasir vəziyyəti;

-Patopsixologiya və klinik psixologiya: irsi və MSS-nin xəstəliklərinin aktual problemləri;

-Nevroz, autizm, depressiya və nevrodegenerativ xəstəliklərin yaranma mexanizmlərinə yeni baxışlar;

-Defaktologiya: oliqofreniya, loqopediya, surdopedaqogika, tiflopedaqogika, ambliologiya və s.;

-Stress, emosional gərginlik və həyəcanın koqnitiv proseslərlə qarşılıqlı əlaqələrinin tədqiqi və alınmış nəticələrin tətbiqi;

-Psixodioqnostika və neyrofarmokologiya;

-Təlimin neyrofiziologiyası və neyropsixoloji problemlərin müasir həlli yolları;

-Psixofiziologiyada yeni eksperimental üsullar və nəticələr;

-Hüquq psixologiyası;

-Din və etno psixologiya: dövrün tələbləri və multikulturalizm;

-Yaş psixologiyası: Uşaq və yeniyetmələr psixologiyası; Gerontopsixologiya;

-Ailə və məişət psixologiyası;

-Yaradıcılıq psixologiyası;

-Pedaqoji psixologiya;

-Ekstremal şəraitlərdə sosial psixoloji yardım və profilaktika üsulları

-Psixologiya elminin digər elm sahələri ilə ( sosiologiya, psixatriya, nevrologiya və s.) ilə qarşılıqlı əlaqələri.

Konfransda iştirak etmək istəyənlər aşağıda tələb olunan qaydada yazılmış məqaləni psychology.conference2021@wcu.edu.az ünvanına göndərməlidir.

Konfrans üçün qəbul olunan məqalələrə  tələblərlə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Konfrans üçün heç bir ödəniş tələb olunmur, konfransın sonunda məqalələr toplusu və sertifikat hədiyyə ediləcək.

Məqalələr və ya konfrans barədə məlumat almaq üçün science@wcu.edu.az; psychology.conference2021@wcu.edu.az ünvanlara və +994124927418 nömrəsinə zəng edə bilərsiniz.

Qeyd edək ki, məqalələrin son qəbul tarixi: 18 iyun 2021-ci il, saat 18.00 nəzərdə tutulub.

Elan haqqında :

  • Başlama tarixi::2021-06-09
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-09-21
  • Məkan::ADPU Quba filialı