Postpandemiya dövründə milli əmək bazarının xüsusiyyətləri və məşğulluqla bağlı problemlər müzakirə olunacaq

  • 2021-07-02 - 00:00

Əmək Bazarının Monitorinqi UNEC Tədqiqat Mərkəzinin təqdimatında “Post-pandemiya dövrü üçün milli əmək bazarının xüsusiyyətləri və məşğulluqla bağlı problemlər” mövzusunda onlayn seminar keçiriləcək.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, Əmək Bazarının Monitorinqi UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

5 iyul 2021-ci il tarixində saat 14.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən keçid vasitəsilə qoşula bilərsiniz.

Tədbir UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

 

Elan haqqında :

  • Başlama tarixi::2021-07-02
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-07-05
  • End Time:00:00