Polşada keçirilən beynəlxalq konfransda onlayn iştirak mümkün olacaq

  • 2021-06-04 - 00:00
  • ADPU Quba filialı

8-9 avqust, 2021-ci il tarixlərində Polşanın Varşava şəhərində Beynəlxalq Avropa Dissiplinlərarası Araşdırmalar Konqresi keçiriləcək. Dünyanın 15 ölkəsindən olan tədqiqatçıları birləşdirən konfransda onlayn iştirak da mümkün olacaq.

Tezislərin göndərilməsi üçün son tarix 20 iyul, tam mətnlərin göndərilməsi üçün isə 15 avqust 2021-ci il nəzərdə tutulub. Tezislər kubakongresi@gmail.com elektron poçt ünvanına göndərilməlidir. Tezislərə qoyulan tələblərlə link vasitəsilə tanış ola bilərsiniz. Konfransa tam mətnlərin göndərilməsi məcburi deyil.

Konfransda Azərbaycanlı iştirakçılar üçün ödənişin məbləği 75 manat nəzərdə tutulub. Tədbir barədə daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-06-04
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-08-08
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı