
14-15 oktyabr, 2021-ci il tarixində Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası 1991-2021: dövlət müstəqilliyinin bərpası, iqtisadi və sosial-mədəni inkişafı” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Konfransda müxtəlif ali təhsil müəssisələrinin doktorant, dissertant, magistrant və tələbələri iştirak edə bilərlər.
Konfransın bölmələri aşağıdakılardır:
-Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu məsələləri;
-Müstəqillik illərində Azərbaycan Respublikasının xarici siyasəti;
-Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı;
-Azərbaycan mədəniyyəti müstəqillik illərində.
Konfransın işçi dilləri Azərbaycan, türk, ingilis, rus dilləridir. Müraciətçilərə əyani və onlayn iştirak üçün seçim hüququ verilir.
Materiallar 25 sentyabr, 2021-ci il tarixinədək shirxans61@mail.com elektron poçtuna göndərilməlidir. Bir müəllifdən bir tezis və ya məqalə qəbul edilir.
Daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz:
TEL: (+99418) 644 89 05, (+99455) 619 50 71
Elan haqqında :
- Başlama tarixi::2021-06-08
- Başlama vaxtı::00:00
- Bitmə vaxtı::2021-10-15
- End Time:00:00
- Məkan::ADPU Quba filialı