“Nizami və Nəvai irsinin mif və folklor qaynaqları” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək

  • 2021-04-30 - 00:00
  • ADPU Quba filialı

21 İyun, 2021-ci il tarixində AMEA Folklor İnstitutunda “Nizami və Nəvai irsinin mif və folklor qaynaqları” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək. ADPU Quba filialının əməkdaşları da Nizami Gəncəvi və Əlişir Nəvainin zəngin bədii yaradıcılığında mif və folklor qaynaqlarının tədqiqini, hər iki sənətkarın yaradıcılığı timsalında Azərbaycan və özbək xalqlarının milli-mənəvi dəyərlərinin araşdırılmasını əhatə edəcək məruzələrlə konfransda iştirak edə bilərlər.

Konfransda iştirak etmək istəyənlər məruzə özətlərini  1 may  2021-ci   il  tarixi​nə​dək nizami.navai@mail.ru elektron poçt ünvanına göndərə bilərlər. Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə  15 may 2021-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcək. Konfrans   AMEA Folklor İnstitutunda gerçəkləşdiriləcək. Məruzələrin tam mətni isə 10 iyul 2021-ci il tarixinə qədər təqdim edilməlidir.

Məqalələr kitabda nəşr ediləcək. Kitab konfrans iştirakçılarına pulsuz paylanacaq.

Hər bir məruzəçi üçün maksimum 10 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir.

Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcək.

Konfransda iştirak ödənişsizdir.

Konfrans haqqında daha ətraflı məlumatı www.folklor.az  səhifəsindən əldə edə bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-30
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-05-11
  • Məkan::ADPU Quba filialı