Nizami Gəncəvinin 880 illiyinə həsr olunan respublika gənclər konfransı keçiriləcək

  • 2021-05-21 - 00:00
  • ADPU Quba filialı

7 oktyabr 2021-ci il tarixində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan respublika gənclər konfransı keçiriləcək.

Tədbir aşağıdakı bölmələr üzrə baş tutacaq:

Seksiya 1.

Filologiya elmləri

-Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyinə həsr edilən ədəbiyyatşünaslıq bölməsi

-Səməd Vurğunun anadan olmasının 115 illiyinə həsr edilən dilçilik bölməsi

Seksiya 2.

Sənətşünaslıq elmləri

-Lətif Kərimovun anadan olmasının 115 illiyinə həsr olunan mədəniyyətşünaslıq bölməsi

-Xan Şuşinskinin anadan olmasının 120 illiyinə həsr olunan incəsənət bölməsi

Məruzə tezislərinin tərtib olunma qaydaları aşağıdakı kimidir:

– Mətn Microsoft Word redaktorunda (Times New Roman (Az.latın) şriftilə – 12 ppt, sətirlərarası 1,5 intervalda yığılır, A4 formatlı standart (210×297 mm) ağ kağızda çap olunur;

– Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan aşağıda isə elmi dərəcəsi, iş yeri və elektron ünvanı (hamısı kiçik hərflə) göstərilməlidir;

– Mətnin sağ tərəfində 1 sm, sol tərəfində 3 sm, aşağı və yuxarı hissəsində 2 sm boşluq olmalıdır;

– Tezis Azərbaycan dilində yazılarsa xülasə ingilis dilində, ingilis dilində yazılarsa isə xülasə Azərbaycan dilində;

– Tezis rus, fars, ərəb dillərində yazılarsa, xülasə Azərbaycan və ingilis dillərində tələb olunur;

– Xülasələr daxil olmaqla tezisin həcmi 3 səhifəyə qədər olmalıdır.

Məruzə tezislərinin qəbul olunması üçün son tarix 1 avqust 2021-ci ildir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Ünvan: AZ 1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel.: (+994 12) 492 38 27

E-mail: gencalim.nizamimuseum@mail.ru

Elan haqqında :

  • Başlama tarixi::2021-05-21
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-06-15
  • Məkan::ADPU Quba filialı