Nizami Gəncəvi ilə bağlı növbəti beynəlxalq konfransa tezislər qəbul olunur

  • 2021-07-14 - 00:00
  • ADPU Quba filialı

Nizami Gəncəvinin ədəbi, mədəni və bədii irsindən qürur duyaraq, onun işığını və parlaqlığını daim qoruyub saxlamağa çalışaraq, xüsusən də bu ilin dövlət tərəfindən Nizami Gəncəvi ili elan edildiyini nəzərə alaraq Xəzər Universiteti Nizami Beynəlxalq Konfransını elan edir. Konfrans 2 gün- 9 və 10 dekabr 2021-ci ildə baş tutacaq. Arzu edən tədqiqatçılar aşağıdakı mövzularda tezislərini təqdim edə bilərlər:

-Nizami Gəncəvinin əsərlərinin digər dillərdə tərcümələri;

-Nizami yaradıcılğında dünya sivilizasiyaları;

-Nizami Gəncəvinin ədəbi irsində dünyanın tarixi və coğrafi kosmologiyası.

Eyni zamanda Nizami yaradıcılığındakı mədəni, tarixi, dil, ədəbi, üslubi və tərcümə cəhətləri ilə əlaqəli hər hansı bir mövzuda da yazılan məqalələr təqdim oluna bilər.

Maraqlanan tədqiqatçılar təşkilat komitəsinə aşağıdalı e-mail ünvanından müraciət edə bilərlər: Nizamiconf2021@khazar.org

Tezis təqdim edilməsi üçün son tarix 15 oktyabr, 2021-ci il nəzərdə tutulub.

Daha ətraflı məlumatla keçid vasitəsilə tanış ola bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-07-14
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-10-15
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı