“Müəllim etikası və ya peşəkar müəllim olmaq nə deməkdir” adlı tədqiqat seminarı keçiriləcək

  • 2021-04-28 - 00:00
  • Adpu Quba filialı

30 Aprel, 2021-ci il tarixində saat 18:00-da Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş virtual tədqiqat seminarı keçirəcək. Seminar Azərbaycan Dillər Universiteti Xarici Dillər departamentinin əməkdaşı Dr. İozefina Blazsani-Battonun təqdimatında “Müəllim etikası və ya peşəkar müəllim olmaq nə deməkdir” mövzusunda olacaq.

Seminar MS Teams proqramında və ingilis dilində baş tutacaq. İştirak etmək istəyənlər qeydiyyatdan keçmək və əlavə məlumat üçün Ülkər Bayramova (ubayramova@khazar.org) ilə əlaqə saxlaya bilərlər.

Seminara qoşulmaq üçün link aşağıdakı kimidir:

Microsoft Teams meeting
Join on your computer or mobile app
Click here to join the meeting

Qeyd edək ki, Dr. Iozefina Blazsani-Batto Azərbaycan Dillər Universiteti, Beynəlxalq Əlaqələr və Regionşünaslıq fakültəsinin Xarici Dillər kafedrasında bakalavr pilləsində Rumın dili və mədəniyyəti üzrə baş müəllim kimi fəaliyyət göstərir. 2017-ci ildə Azərbaycan Dillər Universitetində yaradılmış Rumın dili və Mədəniyyəti mərkəzinin rəhbəridir. Bundan əlavə, Dr. Iozefina Blazsani-Batto Bakıda müxtəlif mədəni və təhsil proqramları həyata keçirir. Rumın mədəniyyəti, dili və təhsil proqramlarını təşviq etməklə müxtəlif universitetlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün işlər görür.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-28
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-10-24
  • Məkan::Adpu Quba filialı