MİQ müsabiqəsinin test mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanıb

  • 2021-07-06 - 00:00
  • ADPU Quba filialı

İyulun 6-dan müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılır. İmtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, 5 iyul tarixində fizika və informatika fənni üzrə keçirilən test imtahanlarının apellyasiya müraciətləri bu gün saat 14:00-dan etibarən qəbul olunacaq.

 

Elan haqqında :

  • Başlama tarixi::2021-07-06
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-07-27
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı