Məmmədhüseyn Şəhriyarın 115 illik yubileyinə həsr olunan “Müasir dünyada tolerant dəyərlər” XVI Beynəlxalq elmi konfransı keçiriləcək

  • 2021-07-06 - 00:00
  • ADPU Quba filialı

26 iyul, 2021-ci il tarixində ELGER Beynəlxalq Elm Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə birlikdə Türk Dünyasının dahi şairi Məmmədhüseyn Şəhriyarın 115 illik yubileyinə həsr olunan “Müasir dünyada tolerant dəyərlər” adlı XVI Beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans onlayn-formatda aparılacaq və iştirakçılara ingilis dilində yazılmış beynəlxalq sertifikatlar veriləcək.

Məqalələrin son qəbul tarixi 10 iyul 2021-ci il nəzərdə tutulub. Qəbul olunan məqalələr 15 iyulda elan ediləcək. Məqalələrə yenidən düzəliş tələbi qəbul edilməyəcək.

Konfransın işçi dilləri Türkcə (Azərbaycan, Türkiyə, Qazaxstan, Qırgızıstan, Özbəkistan, Türkmənistan Türkcəsi), gürcü, rus, ərəb və ingilis dilləridir.

Məqalələr ən çox üç müəllifli ola bilər. Tək müəllifli məqalə 50 AZN-dir. Məqalə müəlliflərin sayı iki nəfər olduqda ödəniş 70, üç nəfər olduqda isə 90 AZN-dir. Məqalə qəbulu haqqında məlumat verildikdən sonra 3 gün içində ödəniş edilməlidir.

Konfrans aşağıdakı sahələri əhatə edir:

Fizika-riyaziyyat elmləri; Kimya və biologiya; Texniki elmlər; Torpaqşünslıq; Tarix elmləri; Siyasi elmlər; Pedaqoji elmlər; Tibb elmləri; Psixologiya elmləri; İqtisadi elmlər; Fəlsəfə elmləri; Filologiya elmləri; Kulturologiya; Jurnalistika.

Məqalə yazı qaydaları haqqında keçid vasitəsilə məlumat ala bilərsiniz.

 

Elan haqqında :

  • Başlama tarixi::2021-07-06
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-07-26
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı