Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilən vebinarlara start verildi

  • 2021-06-02 - 00:00
  • ADPU Quba filialı

Azərbaycan Respublikasının Təhsil İnstitutu dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilən vebinarlar silsiləsinə start verir. İlk vebinar 8 iyun 2021-ci il tarixində saat 19:00-da “Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və onun təhsilə tətbiqi” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov çıxış edəcək.

İntiqam Cəbrayılov 1989-cu ildən Azərbaycan Respublikasının Təhsil İnstitutunda çalışır. Təhsilin nəzəri və praktik problemləri, o cümlədən Azərbaycan tarixinin tədrisi problemləri ilə bağlı tədqiqatlar aparır. Azərbaycanın müstəqilliyi dövründə həyata keçirilən təhsil islahatlarında, o cümlədən standart və kurikulumların hazırlanmasında iştirak edib. Təhsil təcrübəsini öyrənmək üçün  xarici ölkələrdə (Türkiyə, Fransa, İran) konfrans və seminarlara qatılıb, bəzi əsərləri Türkiyə, Rusiya və Ukraynada çap olunub. Ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi və ümumi tarix, Həyat bilgisi fənn kurikulumlarının hazırlanmasında Milli Məsləhətçi və işçi qrupunun sədri olub.

270-dən çox elmi-metodik və pedaqoji əsərin, o cümlədən, 3 dərs vəsaitinin, 10 monoqrafiya və kitabın, 8 metodik vəsaitin, 48 fənn proqramının, 8 metodik tövsiyənin və 119 elmi məqalənin, 80-dən çox konfrans materialının və topluda məqalənin müəllifidir.

Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər. Vebinarda iştirak etmək üçün 6 iyun tarixinə qədər aşağıdakı linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://bit.ly/3fzptyh

Elan haqqında :

  • Başlama tarixi::2021-06-02
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-06-09
  • Məkan::ADPU Quba filialı