Lütfi Zadənin 100 illik xatirəsinə həsr olunan XI beynəlxalq konfransa tezislər qəbul olunur

  • 17 Mayıs 2021 - 00:00
  • ADPU Quba filialı

23-24 avqust 2021-ci il tarixlərində Türkiyənin Antalya şəhərində qeyri-səlis məntiqin banisi professor Lütfi Zadənin 100 illik xatirəsinə həsr olunan “Theory and Applications Soft Computing, Computing with Words, Perception and Artificial Intelligence” ICSCCW 2021 XI beynəlxalq konfransı keçiriləcək.

Konfransın məqsədi elmi istiqaməti proqram hesablamaları və mətni proqramlaşdırma olan alimləri, tədqiqatçıları, mühəndis və təcrübəçiləri bir araya toplayaraq bu sahədə ən son nailiyyət, bilik və bacarıqların artırılmasına aid fikir mübadilələrinin aparılmasıdır. Konfrasın mövzularlına qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan mühədislik, iqtisadiyyat, biznes, maliyyə və tədrisdə hesablama metodları (üsulları), neyron şəbəkə hesablamaları, hesablama təkamülü, ehtimal nəzəriyyəsi daxildir.

Konfransın əsas mövzuları keçiddə qeyd olunub.

Konfransın qeydiyyatı və son tarixləri nəzərə alınmaqla, məqalələr təşkilat komitəsinin tələblərinə uyğun tərtib olunaraq icsccw2021.org@gmail.com elektron poçt ünvanına göndərilməlidir.

Əlavə məlumat almaq üçün linkə daxil ola bilərsiniz.

EVENT INFO :

  • Start Date:17 Mayıs 2021
  • Start Time:00:00
  • End Date:31 Temmuz 2021
  • Location:ADPU Quba filialı