“Lütfi Zadə: Təfəkkürdə, məntiqdə, elmdə inqilab” mövzusunda vebinar keçiriləcək

  • 2021-07-07 - 00:00
  • ADPU Quba filialı

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilən vebinarlar silsiləsini davam etdirir. Növbəti vebinar 14 iyul 2021-ci il tarixində saat 19:00-da “Lütfi Zadə: təfəkkürdə, məntiqdə, elmdə inqilab” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru, dosent Elxan Bəylərov çıxış edəcək.

Elxan Bəylərov 2014-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə, pedaqogika və psixologiya üzrə ekspert şurasının üzvüdür. O, Azərbaycanın təhsil sahəsindəki islahatlarda kurikulumların, o cümlədən məzmun və qiymətləndirmə standartlarının hazırlanma­sın­da iştirak edib. E.Bəylərov Təhsil Nazirliyinin və Hollandiyanın Cito qrupunun milli məsləhətçisi olub. 100-dən çox elmi-metodik və pedaqoji əsərin, 25-dən artıq proqram, dərslik, kitab və kitabçanın, həmçinin Azərbaycanda ilk məntiqi test toplusu olan “Bir sual 880 cavab və ya min bir sirrin xəzinəsi (2002)” vəsaitinin müəllifidir.

Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər. Vebinarda iştirak etmək üçün 12 iyul tarixinə qədər linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur.

Elan haqqında :

  • Başlama tarixi::2021-07-07
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-07-14
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı