
30 İyun, 2021-ci il tarixində Azərbaycan Elm Mərkəzi tərəfindən IV Respublika Elmi Qaynaqlar Konfransı keçiriləcək. Konfransa məqalə qəbulu üçün son tarix 18 İyun, 2021-ci il nəzərdə tutulub.
Konfrans elmin aşağıdakı sahələrini əhatə edir:
-Humanitar və ictimai elmlər;
-Təbiət elmləri;
-Dəqiq elmlər;
-Texnika elmləri.
Konfransın işçi dilləri Azərbaycan, İngilis, Türk və Rus dilləridir. Konfrans materialları toplusuna DOİ təyin olunacaq. DOİ: 10.36719
Konfrans iştirakçılarına “CROSSREF“ təşkilatı tərəfindən BEYNƏLXALQ SERTİFİKAT veriləcək. Materiallar https://aem.az/ saytında və “CROSSREF” təşkilatının https://search.crossref.org/ bazasında onlayn çap olunmaqla bərabər toplu çap olunaraq müəlliflərə təqdim ediləcək.
Məqalələr aşağıdakı tələblərə cavab verməlidir:
A4 formatda 14 ölçüdə, 1.5 sətirarası məsafə ilə, Times New Roman şrifti ilə yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boşluq buraxılmalıdır. Məqalənin həcmi 6-10 səhifə arası olmalıdır.
Məqalədə müəllifin adı, atasının adı və soyadı /məs.: Əli Məmməd oğlu Vəliyev/, iş yeri /tam şəkildə/, ölkə və şəhər, müəllifin elmi dərəcəsi və elmi adı, şəxsi elektron ünvanı və telefon nömrəsi /məqalənin başlığından əvvəl sağ tərəfdə/ göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda doktorant, magistrant və ya bakalavr olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif bu məlumatı qeyd etmədən /yalnız yaşadığı şəhər və ölkəni qeyd etməklə/ məqalə təqdim edə bilər
Məqalənin əvvəlində ingilis dilində 7-8 cümlədən ibarət Xülasə və iki dildə /məqalə yazılan dildə və ingilis dilində/ Açar sözlər /5 sözdən az olmayaraq/ yazılmalıdır
Məqalədə Giriş və Nəticə hissələri yazılmalıdır
Sonunda mənbələrin istinad ardıcıllığına uyğun olaraq Ədəbiyyat siyahısı verilməlidir
İstinadlar mətnin daxilində mötərizədə verilməlidir. Mətndə fikrin müəllifi göstərilmədikdə bu qaydada /Axundov, 2005: 201/; göstərildikdə isə bu qaydada: A.Axundov… /2017: 98/ qeyd olunmalıdır
Elmi dərəcəsi olmayan müəllif məqalənin sonunda göstərilən ardıcıllıqla rəyçinin elmi dərəcəsini, adını və soyadını qeyd etməlidir
Elan haqqında :
- Başlama tarixi::2021-05-24
- Başlama vaxtı::00:00
- Bitmə vaxtı::2022-07-03
- Məkan::ADPU Quba filialı