“İnklüziv ali təhsildə psixoloji stabillik: COVID-19 pandemiyasının tələbələrə təsiri” mövzusunda beynəlxalq vebinar

  • 2021-04-30 - 00:00
  • ADPU Quba filialı

UNEC və EURAS-Avrasiyanın birgə təşkilatçılığı ilə “İnklüziv ali təhsildə psixoloji stabillik: COVID-19 pandemiyasının tələbələrə təsiri” mövzusunda beynəlxalq vebinar keçiriləcək.

5 may tarixində baş tutacaq vebinarda ali təhsil müəssisələrində əlilliyi olan və olmayan tələbələr üçün distant tədrisin təşkili, yaranan psixoloji problemlər və onların həlli yolları, pandemiya və digər qlobal krizislərdə tələbələrin və müəllimlərin psixoloji dayanıqlığı və stabilliyi, təhsilin transformasiyası şəraitinidə psixoloji sabitlik mövzuları üzrə müzakirələr aparılacaq.

Vebinar Türkiyə vaxtilə saat 17: 00-da keçiriləcək.

Tədbirin işçi dili Türkiyə türkçəsidir. İştirak etmək isyəyənlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Zoom proqramı üzrə təşkil olunacaq vebinara qoşulmaq üçün İştirakçılara tədbirdən bir gün öncə link göndəriləcək. İştirakçılar tədbirə ən gec 15 dəqiqə qalmış qoşulmaları xahiş olunur.

euras@euras-edu.org

Psychological Resilience in Inclusive Higher Education

Elan haqqında :

  • Başlama tarixi::2021-04-30
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-10-24
  • Məkan::ADPU Quba filialı