“İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” beynəlxalq konfransına məqalə qəbulu başlanıb

  • 2021-06-11 - 00:00
  • ADPU Quba filialı

22 oktyabr, 2021-ci il tarixində “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan Universitetinin Xarkov Milli Radioelektronika Universiteti (Ukrayna) ilə birlikdə təşkil etdiyi konfrans informasiya texnologiyalarının sürətli infişafı və onun insan fəaliyyətinin bütün sahələrinə total nüfuz etdiyi indiki şəraitdə məlumatların icazəsiz girişinin, istifadəsinin, açıqlanmasının, təhrif olunmasının, dəyişdirilməsinin, araşdırılmasının, qeyd edilməsinin və ya məhv edilməsinin qarşısının alınmasının elmi nəzəri, praktiki və texnoloji aspektlərinə həsr edilir. Konfransda informasiya təhlükəsizliyinin ən geniş spektrində çalışan alim və mühəndislərə son elmi nəticələrini paylaşmaq və yeni elmi ideya və istiqmətləri müzakirə etmək üçün platforma təklif etmək planlaşdırılır.

Aşağıdakı elmi istiqamətlər nəzərdə tutulub:

-İnformasiya təhlükəsizliyinin əsas konseptual istiqamətləri;

-Kompüter sistemlərində informasiya təhlükəsizliyinin təmin olunmasının texnoloji aspektləri;

-İnformasiya sistemlərinin təhlükəsizliyinin proqram vasitələri;

-Kriptoqrafiya. Kriptoqrafiq alqoritmlər;

-Big data. Bulud texnologiyalarında təhlükəsizlik problemləri;

-Kompüter radio mühəndisliyi və informasiyanın texniki təhlükəsizliyi sistemləri;

-Kiber təhlükəsizlik;

-İnformasiyanın işlənməsinin avtomatlaşdırılması;

-İnformasiya kommunikasiya sistemlərinin təhlükəsizliyi;

-İnformasiya təhlükəsizliyinin idarəedilməsi.

Tezislərin göndərilməsi üçün son tarix 20 sentyabr, 2021-ci il nəzərdə tutulub. Tezisin qəbul olunması haqqında son məlumatlandırma 8 oktyabr 2021-ci ildə olacaq.

Konfrans barədə daha ətraflı məlumatı link vasitəsilə əldə edə bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-06-11
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-10-22
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı