Indiana Dövlət Universitetinin fəxri professoru təhsildə effektivlik və liderlik barədə danışacaq

  • 2021-05-07 - 00:00
  • ADPU Quba filialı

Bu gün saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı təhsildə liderlik üzrə tanınmış amerikalı mütəxəssis, Indiana Dövlət Universitetinin fəxri professoru, bestsellər müəllifi Tod Vitaker olacaq. Tod Vitaker ilə təhsildə effektivlik və liderlik barədə danışılacaq.

Tod Vitaker motivasiya, təhsil liderliyi və effektivlik üzrə Amerikanın ən qabaqcıl mütəxəssislərindən biri, 50-dən çox kitabın müəllifidir.  Tod Vitaker ali təhsil sahəsində karyerasına başlamadan öncə məktəbdə riyaziyyat müəllimi, basketbol məşqçisi və müdir işləyib.

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Elan haqqında :

  • Başlama tarixi::2021-05-07
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2022-05-07
  • Məkan::ADPU Quba filialı