IELTS və ya TOEFL imtahan ödənişlərini təmin etmək üçün müsabiqə elan olundu

  • 2021-04-26 - 00:00
  • Adpu Quba filialı

“Support for IELTS & TOEFL” layihəsi zəhmətkeş, ambisiyalı, özünün gələcək inkişaf planını aydın təsəvvür edən, lakin maddi çətinlik çəkən gənclər üçün IELTS və ya TOEFL imtahanının ödənişini təmin etmək üçün müsabiqə elan edir.

İmtahan rüsumuna dair maddi dəstəyə müraciət iki mərhələdən ibarət olacaq:

Birinici mərhələ üçün aşağıdakı bəndləri əhatə edən Motivasiya Məktubunun (Motivation letter) yazılması və mövzu hissəsində “EXAM – 2021” qeyd edib 1 May 2021 tarixinə kimi 2021examfee@gmail.com ünvanına yollamaq tələb olunur.

Motivasiya məktubu özünüz, gələcək hədəfləriniz və hədəflərə çatmaq planınız, maddi durumunuzu izah edən və “Niyə məhz siz bu imtahanın ödənişini almalısınız?” suallarına cavab verməlidir.

Motivasiya məktubu 1 səhifə olmaqla ingilis dilində və MS Word-də (Times New Roman yazı formatında, 12-lik şriftlə və cümlələr arası məsafə 1.5 olmaqla) yazılmalıdır.

Məktubda xüsusən diqqət yetirilməsi tələb olunan məqam bu imtahanın sizin gələcək planlarınıza necə dəstək olacağı və buna müvafiq sizin gələcəkdə cəmiyyətə, ətraf mühitə və ya iqtisadiyyata necə töhfə verə biləcəyinizi əsaslandırmaqdır.

Növbəti (və sonuncu) mərhələdə namizədlərin imtahana hazırlıq səviyyəsi sınaq imtahanı vasitəsi ilə ölçülüb yekun qərar veriləcək.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-26
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-10-24
  • Məkan::Adpu Quba filialı