İdeyası olan gənclər üçün möhtəşəm bir fürsət

  • 18 Temmuz 2022 - 00:00
  • ADPU Quba filialı

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər tərəfindən çoxdan gözlənilən “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsinə start verir. Cari il üçün nəzərdə tutulan Müsabiqə çərçivəsində gənclər üçün yeni layihə istiqamətləri və yeni qiymətləndirmə mexanizmi tətbiq olunacaq.

Gənclər Fondu 7 iyul 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaşlı gəncləri Müsabiqədə iştirak etmək üçün fərdi layihə təkliflərini təqdim etməyə dəvət edir. Layihə müraciətləri Gənclər Fondunun E-Xidmətlər Sistemi https://youthfoundation.az və ya GencAPP mobil tətbiqi vasitəsilə müsabiqəyə təqdim edilə bilər.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən ictimai fəal gənclərin layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Layihələrin müddəti:

Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddətinin 3 ay müəyyən olunması tövsiyə olunur. Layihənin icrasının ən tez başlanma tarixi 1 sentyabr 2022-ci il nəzərdə tutulmalıdır. Layihənin icrasının yekunlaşma tarixi olaraq ən geci 15 dekabr 2022-ci il olaraq nəzərdə tutulması tövsiyə olunur.

Layihələrin məbləği:

Gənclər Fondu tərəfindən hər bir fərdi layihə çərçivəsində ayrılan qrant məbləği 5 000 (beş min) manatdan çox olmamalıdır.

Müsabiqənin müddəti:

  • Layihə təklifləri 7 iyul 2022-ci il tarixindən başlayaraq təqdim edilə bilər.
  • Layihə təklifləri üçün son tarix 27 iyul 2022-ci il, saat 18:00.

Layihələrin istiqamətləri və müraciət meyarları: https://youthfoundation.az

EVENT INFO :

  • Start Date:18 Temmuz 2022
  • Start Time:00:00
  • End Date:31 Ağustos 2022
  • End Time:00:00
  • Location:ADPU Quba filialı