“Humanitar və sosial elmlərdə müasir cərəyanlar” beynəlxalq konfransı keçiriləcək

  • 2021-05-04 - 00:00
  • ADPU Quba filialı

6-8 iyul 2021-ci il tarixlərində Pakistanın Akademik Araşdırma və Siyasi İnkişaf Fondunun (The Academic Research and Policy Development Foundation) təşkilatçılığı, AMEA, Azərbaycan İlahiyyat İnstitutu (Bakı, Azərbaycan) və Üsküdar Universitetinin (İstanbul, Türkiyə) əməkdaşlığı ilə “Humanitar və Sosial Elmlərdə müasir cərəyanlar” mövzusunda I beynəlxalq onlayn konfrans keçiriləcək.

Tədbirin bu ilki əsas mövzuları başda COVID-19 olmaqla, Humanitar və Sosial Elmlərdə müasir cərəyanlardır.

Konfransa tezislərin qəbulu üçün son tarix 3 iyun 2021-ci il nəzərdə tutulub.

Konfrans barədə daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-05-04
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-10-25
  • Məkan::ADPU Quba filialı