Horizon Avropa çərçivəsində layihələrin hazırlanması üzrə onlayn təlimlər keçiriləcək

  • 2021-05-31 - 00:00
  • ADPU Quba filialı

Avropa Komissiyası (AK) Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin Horizon Avropa Proqramında uğurlu iştirakının dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirir.

Horizon Avropa çərçivəsində layihələrin hazırlanması üzrə onlayn təlimin 14-18 iyun 2021-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub. Tədbirdə AK-nın ekspertləri tərəfindən Horizon Avropa çağırışlarına uyğun layihə ideyaları olan azərbaycanlı iddiaçılara Avropa Birliyinin tədqiqat və innovasiya şəbəkələrinə inteqrasiya məqsədilə yüksək keyfiyyətli və rəqabətqabiliyyətli Horizon Avropa təkliflərinin yazılması üzrə təlim keçiriləcək.

Təlimlər ingilis dilində keçiriləcək və iştirak edəcək mütəxəssislər müsabiqə yolu ilə AK ekspertləri tərəfindən seçiləcək.

Daha ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-05-31
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-09-29
  • Məkan::ADPU Quba filialı